Dron hücumu Qazpromun Həştərxan zavodunda yanacaq istehsalını iflic etdi

Dron hücumu Qazpromun Həştərxan zavodunda yanacaq istehsalını iflic etdi

07:52
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın cənubundakı Həştərxan vilayətindəki Qazpromun qaz emalı zavodu, 13 mayda dron hücumu nəticəsində başlayan yanğından sonra motor yanacağı istehsalını dayandırdı. Bu barədə Reuters nəşri məlumat verib.

Mənbəyə görə, əsas avadanlıqlar, o cümlədən ildə təxminən 3 milyon ton tutuma malik, benzin və dizel yanacağı istehsal edən birləşmiş sabit qaz kondensat emalı qurğusu bağlanıb.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Telegram kanalında qaz emalı zavodunda yanğına dron qalıqlarının səbəb olduğunu təsdiqləyib.

Mənbələr qeyd edir ki, istehsalın bərpası bir neçə həftədən bir neçə aya qədər davam edə bilər. Qazprom şərh sorğusuna cavab verməyib.

Bir mənbəyə görə, zavod ötən ilin sentyabr ayından bəri faktiki olaraq fəaliyyətsiz qalıb və son hadisədən qısa müddət əvvəl kondensat emalı və yanacaq istehsalına yenidən başlayıb.

İkinci mənbə hidrogen sulfid emalı və kükürd çıxarılması prosesləri ilə əlaqəli avadanlıqların zədələndiyini bildirib.

O, həmçinin aydınlaşdırıb ki, 2024-cü ildə Həştərxan Qaz Emalı Zavodu təxminən 1,8 milyon ton qaz kondensatını emal edərək yüz minlərlə ton benzin, dizel yanacağı və mazut istehsal edib.

Xatırladaq ki, Rusiyanın dövlətə məxsus enerji şirkətləri Qazprom və Rosneft Ukrayna uşaqlarının Rusiyaya təxliyəsində və sonrakı "yenidən təhsil" cəhdlərində iştirak etdikləri bildirilir.

Həmçinin qeyd etmək lazımdır ki, Naftogaz şirkəti Rusiya Federasiyasının 1,4 milyard dollarlıq borcunun yığılması ilə bağlı Rusiyanın Qazprom şirkətinə qarşı məhkəmə prosesində qəti qələbə qazanıb.

Əziz Mustafa