ABŞ 10 min qanadlı raket almaq istəyir
Pентаqon üç il ərzində 10 min ədəd büdcəli qanadlı raketi operativ şəkildə almaq istəyir. Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Gözlənildiyi kimi, "Low-Cost Containerized Missiles" (LCCM) proqramı çərçivəsində raketlərin hər birinin qiyməti bir neçə yüz min dollar olacaq və onlar ABŞ Silahlı Qüvvələrinə arsenalı artırmaqda və şaxələndirməkdə kömək edəcək, mövcud "Tomahawk" raketlərinə əlavə olacaq. Yeni raketlərin hazırlanması və istehsalı sifarişini yerinə yetirmək üçün Pentaqon "CoAspire", "Zone 5", "Leidos" və "Anduril Industries" şirkətləri ilə müqavilələr bağlayıb.
Aprelin sonlarında WSJ xəbər vermişdi ki, Birləşmiş Ştatlar İranla müharibədə 1000-dən çox "Tomahawk" uzaqmənzilli raketi, həmçinin hava hücumundan müdafiə sistemlərinin, o cümlədən THAAD və Patriot-un 1,5 mindən 2 minədək kritik əhəmiyyətli qəbuledici raketlərini sərf edib. Nəşrin məlumatına görə, sərf edilmiş ehtiyatların tam bərpası altı ilə qədər çəkə bilər. Daha sonra ABŞ Konqresinin Senatının Silahlı Qüvvələr Komitəsinin demokrat üzvü Cek Rid bildirib ki, İrandakı müharibə ABŞ Silahlı Qüvvələrinin dünyanın bütün regionlarındakı yüksək dəqiqlikli döyüş sursatlarının çatışmazlığına səbəb olub.
Almaz Həsənli



















































.jpg)

.jpg)





























