Netanyahu İrana qarşı "Aslan Nəriltisi" əməliyyatı zamanı BƏƏ prezidenti ilə gizlicə görüşüb
İsrail Baş naziri Benyamin Netanyahu İrana qarşı "Aslan Nəriltisi" hərbi əməliyyatı zamanı gizlicə BƏƏ-yə səfər edib və ölkə prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. İsrail Baş nazirinin ofisi bu barədə məlumat verib.
"Səfər İsrail və BƏƏ arasında münasibətlərdə tarixi bir irəliləyiş yaratdı", ofis sosial media paylaşımında bildirib.
12 mayda ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi yəhudi dövlətinin BƏƏ-yə Dəmir Günbəz hava hücumundan müdafiə sistemi üçün raket buraxıcılarını və onları idarə edəcək personal göndərdiyini açıqlayıb. Reuters-in məlumatına görə, BƏƏ bu sistemlərdən İran hücumlarından müdafiə üçün istifadə etmək niyyətindədir.
"Axios" qəzeti bildirib ki, "Dəmir Günbəz" batareyasının BƏƏ-yə göndərilməsi qərarı Yaxın Şərqdə münaqişənin başlamasından qısa müddət sonra BƏƏ prezidenti ilə telefon danışığından sonra şəxsən Benyamin Netanyahu tərəfindən verilib. BƏƏ İsrail hava hücumundan müdafiə sistemlərini alan ilk xarici ölkə olub.
Əziz Mustafa





































.jpg)

.jpg)











































