FT: Rusiya və Ukrayna sülh danışıqlarına marağını itirib

FT: Rusiya və Ukrayna sülh danışıqlarına marağını itirib

13:26
Bəyəndim (2) Bəyənmədim (0)


Hərbi komandanlıq Vladimir Putini inandırıb ki, Rusiya payızadək Donetsk vilayətinin qalan hissəsini ələ keçirəcək, bundan sonra Rusiya danışıqlara marağını itirib. Oxuməni.az xəbər verir ki, bu barədə “Financial Times” (FT), mənbələrə istinadən məlumat verub.
Onların məlumatına görə, Putin əvvəllər döyüşləri cəbhə xətti boyunca dondurmağa hazır olduğunu bildirməsinə baxmayaraq, "Donbası ələ keçirməyə getdikcə daha çox fokuslanır". İndi Putin bütün regionu ələ keçirməyi və ərazi tələblərini artırmaqla sülhün qiymətini yüksəltməyi planlaşdırır. Siyasətçi hələ də Ukrayna cəbhəsinin "çökəcəyinə" əmindir.
Ukrayna isə Trampın Kremlə Moskva tələblərini yumşaltmaq üçün kifayət qədər təzyiq göstərməməsindən məyusdur. Orada hesab edirlər ki, Rusiya hücumunun dayandırılması və ölkənin dərinliklərinə zərbələr endirildikdən sonra Kiyev ABŞ-ın əlverişsiz razılaşma əldə etmək üçün təzyiqinə daha az həssas olub.
Nəticədə, ABŞ prezidentinin Kiyev və Moskva arasında tənzimlənməyə yaxın olduqları barədə dediklərinə baxmayaraq, heç bir tərəf artıq "danışıqların davam etdirilməsində böyük dəyər görmür". FT yazır ki, İranla müharibənin bitməsi bunu dəyişdirməyəcək.
Almaz Həsənli