İran ABŞ ilə danışıqların ikinci mərhələsinə başlamaq üçün beş şərt irəli sürüb

İran ABŞ ilə danışıqların ikinci mərhələsinə başlamaq üçün beş şərt irəli sürüb

12:03
Bəyəndim (4) Bəyənmədim (0)

İran ABŞ ilə danışıqların ikinci mərhələsinə başlamaq üçün beş şərt irəli sürüb.

Fars Xəbər Agentliyi mənbəyə istinadən xəbər verir ki, Vaşinqton beş tələbi yerinə yetirməsə, İran ABŞ ilə danışıqların ikinci mərhələsinə başlamayacaq.

Agentlik qeyd edir ki, göstərilən şərtlər ABŞ ilə danışıqlar üçün etibarın təminatıdır:

  • Xüsusilə Livanda bütün cəbhələrdə müharibəyə son qoymaq;
  • İran əleyhinə sanksiyaların ləğvi;
  • İran aktivlərinin azad edilməsi;
  • Döyüşlərin vurduğu ziyana görə kompensasiya;

Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınması. "Bu şərtlər yalnız danışıqlar prosesinə qayıtmaq üçün minimum etimad səviyyəsini yaratmaq üçün qoyulub və Tehran hesab edir ki, bu bəndlərin praktiki tətbiqi olmadan yeni danışıqlara başlamaq mümkün deyil", - deyə bəyanatda bildirilir.

İran Amerika sülh təklifinə cavab olaraq 14 bənddən ibarət beş tələb irəli sürüb. Agentliyin mənbələri ABŞ təkliflərinin tamamilə birtərəfli olduğunu və Vaşinqtonun maraqlarını təmin etməyə yönəldiyini qeyd ediblər.

"Bu təklifdə amerikalılar müharibədə əldə edə bilmədikləri məqsədlərə danışıqlar yolu ilə çatmağa çalışıblar", Fars mənbələrə istinadən yazıb.

3 mayda Tehranın Vaşinqtona münaqişənin sona çatması üçün əsas şərtləri özündə əks etdirən 14 bəndlik sülh planı göndərdiyi bildirilib. Sənəd Tehran və Vaşinqton arasında davam edən mesaj mübadiləsinin bir hissəsi olaraq Pakistan tərəfi ilə paylaşılıb və doqquz bənddən ibarət ABŞ təklifinə cavab olub.

6 mayda Axios ABŞ və İranın Yaxın Şərqdəki münaqişəyə son qoyacaq və gələcək nüvə danışıqları üçün çərçivəni müəyyən edəcək qısa bir anlaşma memorandumu bağlamağa yaxın olduqlarını bildirib.

ABŞ prezidenti Donald Tramp dəfələrlə ABŞ-ın əsas tələbinin İranın nüvə silahlarından imtina etməsi olduğunu bildirib.

Wall Street Journal qəzetinin məlumatına görə, İran və ABŞ bu həftə İslamabadda danışıqları bərpa edə bilərlər. Axios iki tərəfin razılığa yaxın olduğunu bildirib.

Əziz MUSTAFA