Səudiyyə Ərəbistanı və BƏƏ İrana cavab zərbələri endiriblər

Səudiyyə Ərəbistanı və BƏƏ İrana cavab zərbələri endiriblər

11:22
Bəyəndim (1) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanı, İslam Respublikasının ABŞ və İsrail ilə müharibəsi zamanı öz ərazisinə endirilən hücumlara cavab olaraq, İrana gizli şəkildə bir sıra zərbələr endirib. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki adı açıqlanmayan Qərb və iki İran rəsmisinə istinadən məlumat yayıb.

"Səudiyyə Ərəbistanının bu əvvəllər xəbər verilməmiş hücumları, krallığın İran ərazisində birbaşa hərbi əməliyyat həyata keçirməsinin ilk məlum halı olmaqla, regionda əsas rəqibinə qarşı müdafiə olunmaqda daha inamlı olduğunu göstərir", - deyə nəşrdə qeyd olunur.

İki Qərb rəsmisinin jurnalistlərə verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının hücumları təxminən martın sonlarında həyata keçirilib. Müsahiblərdən biri onları "Səudiyyə Ərəbistanının ona endirilən zərbələrə cavabı" adlandırıb.

“Reuters” agentliyinin yazdığına görə, dərc olunanadək Səudiyyə Ərəbistanının İran ərazisinə endirdiyi zərbələrin konkret məqsədlərini müəyyənləşdirmək mümkün olmayıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi agentliyin sualına, zərbələr endirilib-endirilməməsi barədə birbaşa cavab verməyib. İran Xarici İşlər Nazirliyi isə jurnalistlərin şərh istəyinə cavab verməyib.

Səudiyyə Ərəbistanı Yaxın Şərqdə ABŞ-ın hərbi müttəfiqidir. Ənənəvi olaraq bu ölkə Vaşinqtonun müdafiəsinə güvənir, lakin ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı İslam Respublikası dəfələrlə Amerika müdafiə "çətirini" deşməyi bacarıb, agentlik yazır.

Bir gün əvvəl "The Wall Street Journal" onlayn nəşri də məlumatlı mənbələrə istinadən xəbər verib ki, aprelin əvvəlində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də İrana hücum edib, baxmayaraq ki, Əbu-Dabi bunu rəsmən etiraf etmir. Nəşrin məlumatına görə, BƏƏ-nin məqsədlərindən biri İranın Lavan adasındakı neft emalı zavodu olub.

WSJ-nin hesablamalarına görə, müharibənin başlanğıcından bəri İran BƏƏ-yə ümumilikdə 2800 dron və raket tətbiq edərək hücum edib. Bu, İsrail də daxil olmaqla, istənilən digər ölkəyə qarşı edilən hücumlardan daha çoxdur.

Almaz Həsənli