Tramp iki dünya supergücünün adını açıqlayıb
ABŞ prezidenti Donald Tramp jurnalistlərə iki dünya supergücünü adlandırıb.
ABŞ prezidenti Donald Tramp dünyada yalnız iki dövləti – ABŞ və Çini supergüc hesab edir və Vaşinqtonun Çinlə "çox güclü münasibətləri" olduğunu bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə “C-Span” telekanalının jurnalistləri məlumat verib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar "hərbi baxımdan Yerdəki ən güclü ölkədir, Çin isə ikinci ən güclü hesab olunur".
"Heç kim bizimlə müqayisə oluna bilməz. Bu, istər Venesuela, istərsə də İran olsun, hər yerdə görünür", - Ağ Ev rəhbəri vurğulayıb.
Xatırladaq ki, Donald Tramp mayın 13-dən 15-dək Çin Xalq Respublikasına səfər edəcək. Əvvəlcə o, martın sonunda gəlməli idi, lakin ABŞ-ın İrana qarşı hərbi əməliyyatının başlaması səbəbindən sammit təxirə salınmalı oldu.
Almaz Həsənli















.jpg)

.jpg)


































































