Kipr Rusiya üçün Xüsusi Tribunalın yaradılmasını dəstəkləmək niyyətindədir

Kipr Rusiya üçün Xüsusi Tribunalın yaradılmasını dəstəkləmək niyyətindədir

15:46
Bəyəndim (1) Bəyənmədim (0)

Kipr Genişləndirilmiş Qismən Sazişə qoşulmaq və Ukraynaya qarşı təcavüz cinayətləri üzrə Xüsusi Tribunalın yaradılmasını asanlaşdırmaq niyyətində olduğunu açıqladı. Bu barədə Ukrayna Xarici İşlər Naziri Andrey Sibiha məlumat verib.
"Bu, hazırda AB-yə sədrlik edən ölkə üçün vacib bir addımdır. Dünən Brüsseldə görüşdüyüm həmkarım Konstantinos Kombosa təşəkkür edirəm", - deyə o qeyd edib.

Sibiha əlavə edib ki, artıq 29 dövlət Tribunalına qoşulmaq niyyətindədir və bu rəqəm artmaqda davam edir.

“Bu, ədalətin bərpası üçün güclü bir təkan nümayiş etdirir. Ukraynaya qarşı təcavüz cinayətində günahkar olanları məsuliyyətə cəlb edəcəyik”, - deyə nazir bildirib.

O, bütün dövlətləri - həm Avropada, həm də digər yerlərdə - bu tarixi təşəbbüsə qoşulmağa çağırıb. “Bu, prinsip məsələsidir”, - deyə Ukraynanın yüksək vəzifəli diplomatı qeyd edib.

Bir gün əvvəl Andorra və Monako Knyazlıqları Rusiyanın Ukraynaya qarşı təcavüzü cinayəti üçün Xüsusi Tribunalın yaradılmasına yol açan Genişləndirilmiş Qismən Sazişə qoşulmağa hazır olduqlarını açıqlayıblar.

Xatırladaq ki, 25 iyun 2025-ci ildə Ukrayna və Avropa Şurası Rusiyaya qarşı xüsusi tribunalın yaradılması haqqında saziş imzalayıblar. O, hibrid və ya milli qurum deyil, beynəlxalq qurum statusuna malik olacaq.

Əziz MUSTAFA