İran nüvə silahı əldə etmənin bir addımlığındadır: BAEA  xəbərdarlıq edir

İran nüvə silahı əldə etmənin bir addımlığındadır: BAEA  xəbərdarlıq edir

16:14
Bəyəndim (1) Bəyənmədim (0)

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rizainin verdiyi son bəyanat beynəlxalq aləmdə həyacanla qarşılanıb. Belə ki, o iddia edib ki,ölkəyə təhlükə yaranacağı təqdirdə uranın zənginləşdiirlməsi 90 faizə çatdırılacaq.

"Silah dərəcəli" hesab edilən bu səviyyə beynəlxalq ictimaiyyətdə İrana qarşı düşmənçiliyin artmasına və ABŞ-ın haqlı olması rəyinin formalaşmasına gətirib çıxarıb.

BAEA xəbərdarlıq edir

MAQATE də öz növbəsində İranın artan uran ehtiyatları ilə bağlı "ciddi narahatlıq" ifadə edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin son hesabatları göstərir ki, İran zənginləşdirilmiş uran ehtiyatını 60%-ə qədər əhəmiyyətli dərəcədə artırıb.BAEA qeyd edib ki, İran bu səviyyədə material istehsal edən yeganə nüvə silahı olmayan dövlətdir və vəziyyətin "ciddi narahatlıq" doğurduğunu bildirib

ABŞ və İsrail ilə gərginlik artır
Son aylarda Vaşinqton administrasiyası İrandan bütün uran zənginləşdirmə fəaliyyətlərini dayandırmasını tələb edib, Tehran rəhbərliyi isə bunu "qırmızı xətt" adlandırır

Xarici medianın təhlillərinə görə, xüsusilə Hörmüz boğazında hərbi fəaliyyət və İsrailin mümkün əməliyyat hazırlıqları Tehrana təzyiqi artırır.

Əziz MUSTAFA