ABŞ Qrenlandiyada yeni bazaların açılması barədə gizli danışıqlar aparır
ABŞ son aylar ərzində Danimarka ilə Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək barədə gizli danışıqlar aparır. Oxuməni.az xəbər verir ki, bu barədə "BBC" müzakirələrdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Amerika Birləşmiş Ştatları adanın cənubunda üç yeni baza açmaq istəyir.
Ağ Ev rəsmiləri "BBC"yə bildiriblər ki, ABŞ prezidenti Donald Trampın administrasiyası çox nikbindir və danışıqlar doğru istiqamətdə irəliləyir.
Danimarka daha əvvəl Qrenlandiya ərazisində əlavə Amerika hərbi bazalarının yerləşdirilməsini müzakirə etməyə hazır olduğunu bildirmişdi. Krallığın Xarici İşlər Nazirliyi ABŞ ilə danışıqların aparıldığını təsdiqləyib, lakin təfərrüata girmək istəməyib.
Rəsmilərin sözlərinə görə, yeni bazalar Danimarka adasının cənubunda yerləşəcək və ilk növbədə Qrenlandiya, İslandiya və Böyük Britaniya arasındakı Şimali Atlantika regionunda "potensial Rusiya və Çin dəniz fəaliyyətini" müşahidə etməyə yönələcək.
Qrenlandiya Danimarka krallığının bir hissəsidir. Lakin Tramp dəfələrlə adanın Amerika dövlətinin bir hissəsi olması lazım olduğunu bildirib.
Yanvar ayında Tramp ölkəsinin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiya ərazisinə nəzarət etmək planlarını açıqlayıb. Danimarka Müdafiə Nazirliyi adaya hər hansı bir təcavüz halında cavab zərbəsi vəd edib.
Almaz Həsənli

















































.jpg)
.jpg)
.jpg)
































