Tramp mümkün varislərin adlarını açıqlayıb
Oxuməni.az xəbər verir ki, Donald Tramp Polis Həftəsi şərəfinə Ağ Evin Gül Bağında keçirilən şam yeməyində potensial prezidentliyə namizədlərin adlarını açıqlayıb.
Trampın çıxışı Ağ Evin rəsmi YouTube kanalında yayımlanıb.
ABŞ prezidenti vitse-prezident J.D. Vensi və dövlət katibi Marko Rubionu növbəti seçkilərdə əla namizəd hesab edir. Tramp qonaqları kimin Vensi, kimin isə Rubionu dəstəklədiyini alqışlayaraq nümayiş etdirməyə dəvət edib.
Daha sonra Ağ Ev rəhbəri bu insanları "Xəyal Komandası" elan edib.
"Bülleten üçün əla səslənir: J.D. və Marko. Mükəmməl namizədlər. Yeri gəlmişkən, məncə, bu, Xəyal Komandasıdır, amma bəzi kiçik detallar var", - deyə Tramp qeyd edib.
Almaz Həsənli
Digər xəbərlər










































.jpg)
.jpg)
.jpg)







































