Putin Ermənistanı "Ukrayna ssenarisindən" çəkindirdi

Putin Ermənistanı "Ukrayna ssenarisindən" çəkindirdi

16:03
Bəyəndim (0) Bəyənmədim (0)



Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ermənistanın Avropa İttifaqı ilə inteqrasiya planları xüsusi nəzərdən keçirilməlidir. Oxuməni.az xəbər verir ki, bu barədə o, 9 may axşamı Qələbə Günü münasibətilə keçirilən tədbirlərdən sonra jurnalistlərlə söhbət zamanı deyib.
Ermənistanın Avrointeqrasiya perspektivləri ilə bağlı suala cavab verən Rusiya lideri ölkədə referendum keçirməyi təklif edib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi vətəndaşlardan Aİ ilə yaxınlaşmanı dəstəkləyib-dəstəkləmədiklərini soruşmaq "tam məntiqli olardı".
Putin Ukraynadakı hadisələrlə də paralellər aparıb. O bildirib ki, Kiyevlə bağlı Avropa İttifaqının sərt mövqeyi guya dövlət çevrilişinə səbəb olub və "həddən artıq vəziyyəti gərginləşdirməməyi", əvvəlcədən gələcək kursu müəyyənləşdirməyi çağırıb.
Rusiya Prezidenti qeyd edib ki, mümkün referendumun nəticələrinə əsasən, Moskva və İrəvan "yumşaq, ağıllı və qarşılıqlı faydalı ayrılığın" şərtlərini müzakirə edə bilərlər. O, eyni zamanda vurğulayıb ki, Ermənistan eyni vaxtda iki gömrük ittifaqında ola bilməz.
Daha əvvəl Ermənistan parlamenti ölkənin Avropa İttifaqına daxil olmaq niyyəti haqqında qanun qəbul edib. Sənəd 2025-ci ilin martında təsdiqlənib və həmin ilin aprelində Prezident Vaaqn Xaçaturyan tərəfindən imzalanıb. Ölkə rəhbərliyi bu addımın demokratik institutların inkişafına və əhalinin rifahının artırılmasına yönəldiyini bildirib.
Almaz Həsənli