Latviya Müdafiə Naziri, ölkə ərazisinə iki Ukrayna dronunun daxil olmasından sonra istefa verdi
Latviya Müdafiə Naziri Andris Spruds, bir neçə gün əvvəl ölkənin hava məkanına daxil olan pilotsuz təyyarələrlə bağlı insidentdən sonra istefa verib. Oxuməni.az xəbər verir ki, bu barədə LSM telekanalı məlumat yayıb.
"Latviya ordusunu siyasi kampaniyaya cəlb olunmaqdan qorumaq üçün müdafiə naziri postundan getmək qərarına gəldim," - Spruds bildirib.
Nazir əlavə edib ki, son həftələrdə Latviya pilotsuz təyyarələrlə bağlı ciddi insidentlərlə üzləşib. O qeyd edib ki, kənar pilotsuz təyyarələr insanların təhlükəsizliyini təhdid etməməlidir və müdafiə sahəsinin ölkənin hava məkanını qorumaq və vətəndaşların təhlükəsizlik hissini təmin etmək üçün çox şey etdiyini və etməyə davam edəcəyini vurğulayıb.
Andris Spruds bildirib ki, o, gördüyü işə inanmadığı üçün getmir. "Mən istefa verirəm, çünki silahlı qüvvələr və dövlətin müdafiə qabiliyyəti hər hansı nazir postundan və hər hansı partiyanın maraqlarından daha vacibdir," - o əlavə edib.
Latviya Baş Naziri Evika Siliņa yazıb ki, Spruds onun və ictimaiyyətin etimadını itirib. "Onun istefasını tələb etmək qərarına gəldim. Gələcəkdə müdafiə sahəsinə bir peşəkar rəhbərlik etməlidir," - o bildirib. Baş nazirin sözlərinə görə, pilotsuz təyyarələrlə bağlı insident göstərib ki, müdafiə sahəsinin rəhbərliyi "təhlükəsiz səma vədini yerinə yetirə bilməyib".
Bununla yanaşı, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa həmin gün bəyan edib ki, aparılan təhqiqatlar göstərib ki, pilotsuz təyyarələrlə bağlı insident Rusiya radioelektron mübarizə vasitələrinin işinin nəticəsidir ki, bu da "Ukrayna pilotsuz təyyarələrini Rusiyadakı hədəflərindən qəsdən yayındırıb".
Almaz Həsənli

















.jpg)
.jpg)
.jpg)





































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)
















