Hantaviruslu kruiz gəmisinin "sıfır xəstə"si məlum olub
MV Hondius gəmisində hantaviruslu "sıfır xəstə"nin kim olduğu müəyyən edilib. Bu, Niderlanddan olan 70 yaşlı ornitoloq Leo Şilperord olub. O, gəmiyə minməzdən əvvəl Argentinada zibilxanada quşları müşahidə edib. Oxuməni.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
69 yaşlı həyat yoldaşı Miriam ilə birlikdə alim Cənubi Amerikada beş aylıq səyahətə çıxıb. Martın sonunda cütlük Argentinanın Uşuayya şəhərinə gəlib və orada yerli zibilxananı ziyarət edib. Bu, dünyanın hər yerindən olan ornitoloqlar üçün populyar bir yerdir.
Argentinanın hakimiyyət orqanları, cütlüyün orada uzunquyruqlu düyü siçanının nəcis hissəciklərini nəfəsə aldıqlarından şübhələnirlər. Bu gəmirici, insandan insana keçə bilən yeganə hantavirus növü olan "Andes" ştamının əsas daşıyıcısıdır.
Aprelin 1-də niderlandlılar, 112 digər sərnişinlə (onların bir çoxu da alim idi) Uşuayya şəhərindən MV Hondius gəmisinə miniblər. Beş gün sonra Leo ilk simptomları hiss etməyə başlayıb, daha beş gün sonra isə vəfat edib.
Miriam aprelin 24-də Müqəddəs Yelena adasında gəmini tərk edib. O, Yoxannesburqa uçub və oradan KLM reysi ilə Amsterdama uçmaq istəyib, lakin özünü pis hiss etdiyi üçün heyət onu reysdən endirib. Qadın aeroportda huşunu itirib və ertəsi gün vəfat edib.
Almaz Həsənli
















.jpg)
.jpg)
.jpg)




































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)


















