Putin Ermənistanı "Ukrayna ssenarisi" ilə hədələdi
Rusiya prezidenti Vladimir Putin Ermənistanı tənqid edərək, rəsmi Yerevanı Kremlin razılığı olmadan Avropaya inteqrasiyanın "yolverilməzliyi" barədə xəbərdar etdi. O, belə bir siyasətin 2014-cü ildə Ukraynadakı hadisələrə bənzər bir ssenariyə səbəb ola biləcəyi ilə hədələdi və Rusiyanın silahlı işğalına istinad etdi.
Bu açıqlamalar Putinin 9 may 2026-cı ildə Moskvada keçirdiyi mətbuat konfransında, Rusiyada ənənəvi olaraq "Qələbə Günü" kimi qeyd olunan gündə səsləndirilib. Onun çıxışları tədbirin stenoqramında qeyd olunub.
Rusiya prezidenti qeyd edib ki, Ermənistan Avropaya inteqrasiya məsələsində Moskvanın mövqeyini nəzərə almalıdır və referendum keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıb. O, belə bir qərarın həm Ermənistan vətəndaşları, həm də onların "əsas iqtisadi tərəfdaşı" olan Rusiya üçün doğru olacağını bildirib.
“Mənim fikrimcə, həm xalq, həm Ermənistan vətəndaşları, həm də əsas iqtisadi tərəfdaş kimi bizim üçün mümkün qədər tez, məsələn, referendum keçirməklə qərar qəbul etmək düzgün olardı. Bu, bizim işimiz deyil, amma prinsipcə, referendum keçirmək və Ermənistan vətəndaşlarından seçimlərinin nə olacağını soruşmaq tamamilə məntiqlidir. Buna görə də, biz müvafiq nəticələr çıxaracaq və yumşaq, ağıllı və qarşılıqlı faydalı ayrılma yolu tutacağıq”, - deyə diktator qeyd edib.
Eyni zamanda, o, hadisələrin fərqli şəkildə inkişaf edəcəyi təqdirdə mümkün nəticələr barədə xəbərdarlıq edib.
“Hazırda Ukraynada baş verən hər şeyi yaşayırıq. Bəs hər şey haradan başladı? Ukraynanın Aİ-yə qoşulması və ya qoşulma cəhdi ilə”, - deyə Rusiya lideri bildirib.
“Bütün bunlar sonradan dövlət çevrilişinə, Krım hadisəsinə, cənub-şərqi Ukraynanın mövqeyinə və hərbi əməliyyatlara səbəb oldu. Bütün bunlar buna gətirib çıxardı. Bu, ciddi məsələdir”, - deyə Putin yekunlaşdırıb.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu il Rusiyada keçirilən paradda iştirak etməyib. İrəvan bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenskinin də iştirakı ilə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etdi.
Əziz MUSTAFA



































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)






































