Tramp Avropadan yeni qoşun çıxarılmasına hazırlaşır
Tramp, ehtimal ki, İtaliya da daxil olmaqla, daha çox qoşun azaldılmasını elan edə və Almaniyada uzunmənzilli raketlərin yerləşdirilməsi planından imtina edə bilər.
Avropalı müttəfiqlər ABŞ prezidenti Donald Trampın Almaniyadan 5000 əsgərin çıxarılmasını əmr etdikdən sonra Avropadan daha çox qoşun çıxarılmasını elan etməsini gözləyirlər. Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verir.
NATO diplomatları hesab edirlər ki, Vaşinqton həmçinin İtaliyadakı qoşun sayını azalda və Bayden administrasiyasının Almaniyada uzunmənzilli raketlərin yerləşdirilməsi planlarından imtina edə bilər.
Məqalədə deyilir ki, müzakirə olunan digər variantlara ABŞ-ın hərbi təlimlərdə iştirakını azaltmaq və qoşunları Trampa daha sadiq hesab edilən ölkələrə, xüsusən də Polşaya yenidən yerləşdirmək daxildir.
ABŞ Dövlət Katibi Marko Rubio cümə günü İtaliyada çıxış edərək bildirib ki, Vaşinqton Avropada mövcud qoşunların yerləşdirilməsinin ABŞ-ın strateji maraqlarına uyğun olub-olmadığını yenidən qiymətləndirməlidir.
Bloomberg-in qeyd etdiyi kimi, bu cür addımlar Trampla bir neçə NATO müttəfiqi, xüsusən də Almaniya və İspaniya arasında müdafiə xərcləri və Ağ Evin Yaxın Şərq siyasətinə dəstək məsələsində artan gərginliyi vurğulaya bilər.
Hazırda Avropada təxminən 85.000 ABŞ əsgəri yerləşdirilib.
Daha əvvəl Pentaqonun növbəti altı-on iki ay ərzində Almaniyadan təxminən 5000 ABŞ əsgərini çıxarmaq qərarına gəldiyi bildirilmişdi. Tramp daha sonra ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu əvvəllər elan edilən rəqəmlərdən daha çox azaltmaq niyyətində olduğunu açıqladı.
Əziz Mustafa





































.jpg)

.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)




































