Ukrayna ordusu Avropanın ən güclü dörd ordusundan biridir
Ukrayna ordusu dünyanın "etibarlı" dörd ordusundan biridir. Eyni zamanda, Ukrayna, öz maraqları naminə, mümkün qədər tez NATO-ya inteqrasiya olunmalıdır.
Oxuməni.az-ın ZDFheute-yə istinadən verdiyi məlumata görə, bunu Finlandiya xarici işlər naziri Elina Valtonen bildirib.
Onun sözlərinə görə, Ukrayna "öz maraqları naminə də daxil olmaqla, mümkün qədər tez" NATO-ya inteqrasiya olunmalıdır. Nazir həmçinin bildirib ki, Ukrayna Türkiyə, Polşa və Finlandiya silahlı qüvvələri ilə yanaşı, "Avropada etibara layiq olan dörd ordudan" biridir.
Valtonen ABŞ prezidenti Donald Trampın Ukraynanın NATO üzvlüyünə qarşı çıxmasından imtina edə biləcəyi ehtimalını da istisna etmir.
Xatırladaq ki, Almaniya Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi Niko Lange Ukraynanın NATO müdafiəsindəki rolundan danışıb. O bildirib ki, Rusiyanın Baltikyanı ölkələrə hücumu halında Kiyev ümumi müdafiə qalxanının bir hissəsinə çevrilə bilər. Ekspertin fikrincə, bu, təcavüzkar ölkəni sonrakı macəralardan çəkindirməlidir.
Əziz MUSTAFA










.jpg)









.jpg)




.jpg-8.jpg)
.jpg)
.jpg-1.jpg)























































