İran Hörmüz boğazından keçid üçün yeni qaydalar hazırlayıb

İran Hörmüz boğazından keçid üçün yeni qaydalar hazırlayıb

10:44
Bəyəndim (1) Bəyənmədim (0)

İran, Hörmüz boğazından təhlükəsiz keçid üçün tanker sahiblərini "Gəmi məlumatı bəyannaməsi"ni doldurmağa məcbur etmək niyyətindədir. Oxuməni.az xəbər verir ki, bu barədə mayın 7-də, sənədlə tanış olan CNN məlumat yayıb. 40-dan çox sualdan ibarət "bəyannamə" ölkə rəhbərliyi tərəfindən mayın 5-də yaradılmış İran Fars körfəzi boğazı administrasiyası (PGSA) tərəfindən tərtib edilib.
Sənəddə, digər məlumatlarla yanaşı, gəminin adı və identifikasiya nömrəsi, əvvəlki adı, həmçinin mənşə ölkəsi və təyinat nöqtəsi göstərilməlidir. Gəmi sahiblərinin, operatorlarının və ekipaj üzvlərinin vətəndaşlığı haqqında məlumat da təqdim edilməlidir. Daşınan yük haqqında ətraflı məlumat da tələb olunur.
Bütün bu məlumatlar gəminin Hörmüz boğazından keçməsindən əvvəl PGSA-nın elektron poçtuna göndərilməlidir. Təşkilatın CNN-in tanış olduğu elektron məktubunda qeyd olunur ki, "Yanlış və ya natamam məlumat təqdim etməyə görə məsuliyyət yalnız müraciətçiyə aiddir, bunun nəticəsində yaranan bütün nəticələrə görə də o cavabdeh olacaq".
Sənəddən İranın Hörmüz boğazından keçid üçün ödəniş almaq niyyətində olub-olmadığı aydın deyil. Telekanalın qeyd etdiyi kimi, əvvəllər Tehran rəhbərliyi bunu ölkənin ABŞ və İsrail tərəfindən bombalanmasından sonra bərpa üçün gəlir mənbəyi kimi görürdü. CNN-in məlumatına görə, hazırda İran hər gəmidən iki milyon dollara qədər ödəniş ala bilər.
Eyni zamanda, belə ödənişlər tətbiq olunarsa, ABŞ vətəndaşları və Amerika şirkətləri üçün onları etmək qadağan olunacaq. Ölkənin Maliyyə Nazirliyindən verilən məlumata görə, "ABŞ vətəndaşları, o cümlədən Amerika maliyyə qurumları və ya ABŞ-a məxsus və ya ABŞ tərəfindən idarə olunan xarici təşkilatlar üçün Hörmüz boğazından təhlükəsiz keçid üçün İran hökumətinə və ya İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) birbaşa və ya dolayısı ilə ödənişlər icazə verilməyəcək".
Almaz Həsənli