Pezeşkian Müctəba Xamenei ilə bu yaxınlarda görüşdüyini bildirib
İran prezidenti Məsud Pezeşkian bu yaxınlarda Ali Rəhbər Müctəba Xamenei ilə görüşdüyünü açıqlayıb. Oxuməni.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq mediası cümə axşamı məlumat verib.
Prezidentin mətbuat xidmətinin açıqlamasında deyilir: "Peseşkian görüşün rahat atmosferdə keçdiyini və müzakirələrin təxminən iki saat yarım davam etdiyini bildirib".
Pezeşkianın bu sözləri bir neçə Qərb mediasının İran Ali Rəhbərinin ABŞ və İsrailin İrana qarşı hava hücumları zamanı yaralandığı barədə xəbərləri fonunda səslənib. Lakin bu məlumatın rəsmi təsdiqi olmayıb.
Müctəba Xamenei martın əvvəlində atası və əvvəlki lider Əli Xamenei İsrail-Amerika əməliyyatında öldürüldükdən sonra İranın Ali Rəhbəri seçilib.
Almaz Həsənli
Digər xəbərlər



























































.jpg)
.jpg)
.jpg)





















