Fransa boğazı açmaq üçün təyyarədaşıyan gəmisini Hörmüzə göndərdi
Fransa təyyarədaşıyan gəmisinin zərbə qrupunu Qırmızı dənizə göndərib. Paris Hörmüz boğazını qorumaq üçün genişmiqyaslı missiya hazırlayır. Bu barədə Oxuməni.az Reuters-ə istinadən məlumat verib.
"Yeni səylər göstərməli olduğumuzun səbəbi Hörmüz blokadasının davam etməsi, qlobal iqtisadiyyata dəyən ziyanın getdikcə daha çox nəzərə çarpması və döyüşlərin uzanması riskinin qəbul edə bilməyəcəyimiz qədər ciddi olmasıdır."
Fransa və Böyük Britaniya bir neçə həftədir ki, birlikdə işləyir və təhlükəsiz gəmiçilik üçün xüsusi təkliflər hazırlayırlar. Plan münaqişənin kəskin mərhələsi həll edildikdən sonra həyata keçirilməlidir.
Şarl de Qoll təyyarədaşıyan gəmisi təkbaşına dənizə çıxmayıb. Onu İtaliya və Hollandiya hərbi gəmiləri müşayiət edir və bütün qrup hazırda Qırmızı dənizin cənubuna doğru gedir.
Əziz Mustafa
































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)

















