İlon Mask ChatGPT-nin yaradıcısını hədələyib
Milyarder İlon Mask OpenAI-nin rəhbəri Sem Altman və şirkətin texniki direktoru Qreq Brokmana onları ABŞ-da "ən nifrət edilən insanlar" etməklə hədələyib.
Oxuməni.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
OpenAI-nin vəkillərinin aprelin sonlarında Oklenddəki federal məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, Mask Brokmana "mübahisənin həlli üçün marağı qiymətləndirmək" təklifi ilə mesaj yazıb. Brokman qarşılıqlı iddialardan imtina etməyi təklif edib.
"Bu həftənin sonuna qədər siz və Sem Amerikada ən nifrət edilən insanlar olacaqsınız. Əgər israr etsəniz, belə də olacaq", - deyə milyarder cavabında yazıb.
İlon Mask 2015-ci ildə şirkətin həmsədrlərindən biri olub və layihəyə təxminən 38 milyon dollar sərmayə qoyub. 2018-ci ildə inkişaf strategiyası ilə bağlı fikir ayrılıqlarına görə direktorlar şurasından ayrılıb.
OpenAI-yə qarşı açdığı iddia ilə Mask şirkətin qeyri-kommersiya təşkilatından kommersiya təşkilatına keçidinin ləğv edilməsini və Altman ilə Brokmanın vəzifələrindən azad edilməsini tələb edir.
Almaz Həsənli


























.jpg)
.jpg)
.jpg)























































