Merz İranı danışıqlara və nüvə silahlarından imtina etməyə çağırdı
Almaniya kansleri Fridrix Merz İranın BƏƏ-yə hücumunu pislədi və Tehranın dialoqa qayıtmalı və nüvə ambisiyalarından imtina etməli olduğunu bildirdi. RBC-Ukrayna bu barədə X sosial media saytında paylaşımlarına istinadən məlumat verib.
Merz paylaşımlarından birində qeyd edib ki, 4 mayda Birləşmiş Ərəb Əmirlikləri yenidən İran dronları və raketlərinin hədəfinə çevrilib və Almaniya bunu pisləyir.
"Biz bu hücumları qətiyyətlə pisləyirik. Birləşmiş Ərəb Əmirlikləri xalqı və regiondakı tərəfdaşlarımızla həmrəyik", - Almaniya kansleri yazıb.
Başqa bir paylaşımda o, İranın "danışıqlar masasına qayıtmalı" və bölgəni və bütün dünyanı "girov" saxlamağı dayandırmalı olduğunu vurğuladı.
"Hörmüz boğazının blokadası sona çatmalıdır. Tehran nüvə silahı əldə etməməlidir. Tərəfdaşlarımıza qarşı başqa təhdidlər və ya hücumlar olmamalıdır", - deyə Merz yekunlaşdırdı.
Əziz MUSTAFA
























.jpg)
.jpg)
.jpg)

























































