Qaziantepdə güclü yağış həyatı iflic edib
Qaziantepdə güclü yağış həyatı iflic edib. 20 dəqiqə ərzində kvadrat metrə 60 kq yağış yağdı, qasırğa, dolu və daşqınlar böyük ziyana səbəb oldu və 23 nəfər yaralandı. Yağışla bərabər əsən güclü külək ağacları kökündən qopardı və avtomobillərə ziyan dəydi. Valilik Şehitkamil, Şahinbey və Nizipdə məktəblər üçün bir günlük tətil elan etdi.
Fırtına zamanı tornado yarandığı və daşqın və su basması səbəbindən çoxsaylı nəqliyyat vasitələrinin zədələndiyi bildirilib. Fəlakətdə iyirmi üç nəfər yaralanıb.
Qaziantep Valiliyi fırtınadan zərər çəkən Şehitkamil, Şahinbey və Nizip rayonlarındakı bütün təhsil müəssisələrinin 4 may 2026-cı il, bazar ertəsi günü dərsləri bir gün dayandıracağını açıqlayıb. Qeyd olunur ki, zərər çəkmiş məktəbləri yoxlamaq və ictimai təhlükəsizliyi təmin etmək qərarı verilib.
AFAD, polis, jandarma və bələdiyyə işçiləri şəhər daxilində ziyanı qiymətləndirməyə və nəticələri aradan qaldırmağa davam edir və vətəndaşlardan ehtiyatlı olmağa çağırılır.
Əziz MUSTAFA





























































.jpg)






















