Yanacaq böhranı ilə üzləşən Pakistanda əhali İran sərhədindəki yanacaq çənləri ətrafına axın edir
260 milyon əhalisi olan və əhalisinin sayına görə dünyada beşinci ən böyük ölkə olan Pakistan, Yaxın Şərqdə İran və İsrail arasında gərginliyin artması və Hörmüz boğazının bağlanması səbəbindən təxminən üç aydır ki, əsl "enerji fəlakəti" yaşayır. Strateji keçidin bağlanması səbəbindən qlobal təchizat zəncirlərindən kəsilən Pakistan əhalisi çıxış yolunu İran sərhədindəki çənlər ətrafına kütləvi .əkildə axın edir.
Sosial mediada yerləşdirilən videolarda çox sayda insanın ucuz yanacaq almaq üçün motosikletlərinə plastik bidonlar taxaraq İranla sərhəddə uzun növbələr yaratdıqları görünür.
Ucuz yanacaq almaq istəyən vətəndaşların yaratdığı izdiham bölgədə nəzərəçarpacaq dərəcədə ajiotaj yaradıb. Hər bir şəxs üç-dörd bidon gətirib ucuz yanacaq ehtiyatı toplamağa tələsir.
Digər tərəfdən, rəsmi paylama kanallarındakı problemlər sərhəddə qanunsuz yanacaq ticarətini artırır.
Enerji təchizatının azalması ölkə daxilində qiymətlərə də təsir edib. Son qiymət düzəlişləri səbəbindən, aprel ayından bəri benzin qiymətlərinin 40%-dən çox, dizel yanacağının qiymətlərinin isə təxminən 50%-ə qədər artdığı bildirilir. Bu artan xərclər birbaşa bir çox sektora, xüsusən də nəqliyyat və istehsala təsir göstərir.
Ekspertlər xəbərdarlıq edirlər ki, Pakistanda enerji böhranı davam edərsə, təkcə yanacaq üçün deyil, həm də logistika xərcləri səbəbindən qida və zəruri malların qiymətlərində əhəmiyyətli artımlar ola bilər. Bu, ölkədə yaşayış xərclərini daha da artıra bilər.
Əziz MUSTAFA







































.jpg)












































