NYT Epşteynin gizli ölümündən əvvəl yazdığı məktub haqqında məlumat əldə edib

NYT Epşteynin gizli ölümündən əvvəl yazdığı məktub haqqında məlumat əldə edib

16:05
Bəyəndim (2) Bəyənmədim (0)

Nyu-Yorkdakı məhkəmə binasında maliyyəçi Ceffri Epşteynin gizli saxlanılan ölümündən əvvəl yazdığı məktubun olduğu bildirilir. Oxuməni.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məktubu 2019-cu ildə Epşteynin kamerada birgə qaldığı məhkum Nikolas Tartalyone tapıb. ABŞ Ədliyyə Nazirliyi, milyonlarla səhifədən ibarət Epşteynin arxivinin dərc olunmasına baxmayaraq, bu günə qədər sənədi ictimaiyyətə açıqlamayıb. "NYT" açıqlanmış materiallar arasında bu məktubu tapa bilməyib. Nəşrin məlumatına görə, məktub maliyyəçinin kamerada birgə qaldığı şəxsin cinayət işi çərçivəsində federal hakim tərəfindən gizli saxlanılıb.

ABŞ Ədliyyə Nazirliyindən qəzetə bildirilib ki, onlar məktubun məzmunu ilə tanış olmayıblar.

Lakin Epşteynin fayllarında, məktubun Tartalyonenin işinə necə daxil olduğunu təsvir edən iki səhifəlik mürəkkəb bir xronologiya mövcuddur, nəşr qeyd edir. Xronologiyada deyilir ki, məhkumun vəkilləri məktubun həqiqiliyini təsdiqləyiblər. "NYT" yazır ki, əgər məktub həqiqətən də Epşteyn tərəfindən yazılıbsa, o, ölümündən əvvəlki ruhi halı haqqında məlumat verə bilərdi.

2008-ci ildə Epşteyn, fahişəlik təşkil etməkdə təqsirli bilinərək günahını etiraf etdi və yüngül cəza aldı. 2019-cu ildə o, yenidən azyaşlılarla ticarət ittihamları ilə həbs olundu. Həmin ilin avqustunda maliyyəçi həbsxanada intihar etdi.

Aprelin 24-də BBC tərəfindən aparılan bir araşdırma zamanı məlum olub ki, Epşteyn, Britaniya polisinin onun fəaliyyətini araşdırmaqdan imtina etməsindən bir neçə il sonra Londonda bir neçə mənzil kirayə götürüb, orada cinsi zorakılığa məruz qalan qadınları yerləşdirib.

Həmin gün Britaniyanın "The Telegraph" qəzeti xəbər verib ki, ABŞ Ədliyyə Nazirliyi, Britaniyanın ABŞ-dakı keçmiş səfiri Piter Mandelson və amerikalı maliyyəçi Ceffri Eşşteyn arasındakı əlaqə ilə bağlı Britaniya polisinin araşdırmasını bloklayır.

Almaz Həsənli