Fələstinli FIFA Konqresində İsrailli rəsmi ilə əl sıxmaqdan imtina edib
Fələstin Futbol Assosiasiyasının prezidenti Cibril Racub FIFA Konqresində İsrail Futbol Assosiasiyasının vitse-prezidenti Basim Şeyx Süleymanla şəkil çəkdirməkdən və ya əl sıxmaqdan imtina etdi. Oxuməni.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat verib.
Cümə axşamı günü hər iki rəsmi Vankuverdə keçirilən FIFA Konqresində çıxış etdikdən sonra FIFA prezidenti Canni İnfantino onları səhnəyə çağırıb. Racub etiraz etməyə başladıqdan sonra İnfantino onu fikrindən daşındırmağa çalışıb, lakin nəticəsi olmayıb.
Daha sonra İnfantino nümayəndələrə təqdimatlarına görə onlara təşəkkür edib və xahiş edib.
"Prezident Racub, vitse-prezident Süleyman, gəlin birlikdə işləyək. Uşaqlara ümid vermək üçün birlikdə çalışaq", - deyə AP agentliyi İnfantinodan sitat gətirib.
"Mən öz tərəfimdən FIFA qurumları tərəfindən müəyyən edilmiş bütün hüquqi prosedurlara hörmət etməyə və onlara əməl etməyə davam edirəm, amma inanıram ki, İsrailin FIFA-nın qanunlarını və insan haqlarını pozduğuna görə sanksiyalara məruz qalmalı olduğunu anlamağın vaxtıdır", - Racub bildirib.
Konqresdə İnfantino 2027-ci il FIFA prezidentliyinə namizədliyini açıqlayıb. Gələn il FİFA Konqresi Mərakeşin Rabat şəhərində keçiriləcək.
Almaz Həsənli
































.jpg)



















































