III Karlın ABŞ-a səfəri başa çatıb
Böyük Britaniya kralı III Karl və kraliça Kamillanın ABŞ-a dörd günlük dövlət səfəri başa çatıb. ABŞ prezidenti Donald Tramp vida mərasimində Karlı "ən böyük kral" adlandırıb və şotland viskisinə olan rüsumların ləğv olunduğunu elan edib. Oxuməni.az xəbər verir ki, bu barədə BBC məlumat verib.
Yerli vaxtla cümə axşamı günü kral Karl və xanımı Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Bazasından Atlantik okeanında, Vaşinqtondan təxminən 1300 km aralıda yerləşən Britaniyanın dənizaşırı ərazisi olan Baham adalarına yola düşüblər.
Səfərin son günü, cümə axşamı Donald Tramp və xanımı Ağ Evdə Karl və Kamillanı təntənəli şəkildə yola salıblar, sonra isə kral cütlüyü Vaşinqton yaxınlığındakı Arlington qəbiristanlığında Qeyri-məlum əsgər abidəsinə əklil qoyub, daha sonra Virciniya ştatının bir qəsəbəsində küçə şənliyinə gediblər.
Kral cütlüyünü yola saldıqdan sonra Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində kral və kraliçanın şərəfinə şotland viskisinə olan bəzi rüsumları ləğv etdiyini elan edib. Trampın anası Meri Maklaud şotland idi.
"Şotlandiyanın Kentukki ştatı ilə viski və burboq istehsalı sahəsində əməkdaşlıq imkanlarına aid olan tarifləri və məhdudiyyətləri ləğv edəcəyəm. Şotlandiya və Kentukki üçün çox vacib iki sənaye sahəsi," - Trampın "Truth Social"dakı paylaşımında belə deyilir. "Kral və kraliçanın, demək olar ki, heç xahiş etmədən, heç kimin bacarmadığı bir şeyi mənə etdirdilər. Onların ABŞ-a gəlməsi böyük bir şərəfdir."
Bu xəbərə cavab olaraq, Bukingem Sarayının nümayəndəsi bildirib ki, kral Trampa "səmimi təşəkkürünü" ifadə edib və prezidentin şərəfinə "qədəh qaldıracaq".
Almaz Həsənli
























.jpg)



























































