Məktəbdə bıçaqlı hücum nəticəsində beş nəfər yaralanıb

Məktəbdə bıçaqlı hücum nəticəsində beş nəfər yaralanıb

12:03
Bəyəndim (1) Bəyənmədim (0)

Takomadakı Henry Foss İbtidai Məktəbində bıçaqlı hücum nəticəsində beş nəfər - dörd şagird və bir mühafizəçi yaralanıb. CBS News-un polis və yanğınsöndürmə idarələrinə istinadən verdiyi məlumata görə, şübhəli hadisə yerində saxlanılıb.

Takoma polis sözçüsü Şelbi Boydun sözlərinə görə, yerli vaxtla saat 13:30 radələrində (Bakı vaxtı ilə saat 00:30 – IF) mümkün hücum barədə məlumat daxil olub. Gələn polislər dörd yaralı şagird və yaralı mühafizəçi tapıblar. Şübhəli kampusda saxlanılaraq göz altına alınıb.

Tacoma Yanğınsöndürmə İdarəsi yaralı şagirdlərdən dördünün vəziyyətinin ağır, digərinin isə yüngül xəsarət aldığını bildirib. Altı nəfərin hamısı - yaralı beş və şübhəli - yerli xəstəxanalara aparılıb. Yanğınsöndürmə idarəsi daha sonra onların vəziyyətinin sabit olduğunu təsdiqləyib.

Məktəb karantinə alınıb, şagirdlər təxliyə edilib və valideynlərinə təhvil verilib. Rayon rəsmiləri mayın 1-də dərslərin və dərsdənkənar fəaliyyətlərin ləğv olunduğunu elan etdilər. Məktəb mayın 4-də əlavə psixoloqlar və dəstək heyəti ilə yenidən açılacaq.

Əziz MUSTAFA