Hindistan Maliyyə Nazirliyi dizel və kerosinə ixrac rüsumlarını artırıb

Hindistan Maliyyə Nazirliyi dizel və kerosinə ixrac rüsumlarını artırıb

10:22
Bəyəndim (1) Bəyənmədim (0)

Hindistan hökuməti 1 maydan başlayaraq növbəti iki həftə ərzində dizel yanacağı və aviasiya kerosinə (ATF) ixrac rüsumlarının yenidən nəzərdən keçiriləcəyini elan edib. Maliyyə Nazirliyi bu barədə mətbuat açıqlamasında bildirib.

Bu qərara əsasən, dizel yanacağına ixrac rüsumu litrə 23 rupi (0,24 dollar), aviasiya kerosinə isə litrə 33 rupi (0,35 dollar) təşkil edəcək. Lakin benzinə ixrac rüsumu sıfır səviyyəsində qalır.

Əvvəlki rüsum tənzimlənməsi 11 aprel 2026-cı ildə edilib. Dizel yanacağının tarif dərəcəsi o zaman litrə 21 rupi, ATF üçün isə litrə 31 rupi idi. Buna görə də, 1 maydan etibarən onlar 2 rupi artacaq.

Qeyd olunur ki, dəyişikliklər Yaxın Şərqdəki böhran fonunda ixracı məhdudlaşdırmaqla daxili bazarda neft məhsullarının kifayət qədər tədarükünü təmin etməyə yönəlib. Hindistan Maliyyə Nazirliyi vurğulayıb ki, dərəcələr orta qlobal neft qiymətləri nəzərə alınmaqla iki həftədən bir yenidən nəzərdən keçirilir.

Nazirlik əlavə edib ki, daxili istehlak üçün benzinə tətbiq olunan aksiz dərəcələri dəyişməz olaraq qalır.

Əziz Mustafa