İran bütün Dünya Kuboku oyunlarını ABŞ-da keçirəcək
Vankuverdə keçirilən konqresi zamanı FİFA prezidenti Canni İnfantino İran milli futbol komandasının qarşıdan gələn Dünya Kubokunda iştirak edəcəyini və oyunlarını planlaşdırıldığı kimi ABŞ-da keçirəcəyini təsdiqlədi.
"İran turnirdə mütləq oynayacaq və bunu ABŞ-da edəcək. Səbəb sadədir: insanları birləşdirmək, onları bir araya gətirmək vəzifəmiz var - bu, bizim məsuliyyətimizdir. Futbol dünyanı bir araya gətirir", - deyə cənab İnfantino konqres nümayəndələrinə müraciətində bildirib.
2026-cı il Dünya Kubokunun qrup mərhələsində İran Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşacaq. Oyunlar 15, 21 və 26 iyun tarixlərində İnqlvud və Sietlda keçirilməsi planlaşdırılır.
Əvvəllər mediada ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatı səbəbindən İran millisinin ABŞ-dan kənarda oyun keçirməsinə icazə verilməsə, turnirdəki iştirakını ləğv edə biləcəyi bildirilirdi. İran komandasının oyunlarının Meksikaya köçürülməsi alternativ olaraq nəzərdən keçirilirdi. Lakin Meksika prezidenti Klaudia Şeynbaum FİFA-nın bununla bağlı yaranan çətinliklərə görə turnirin logistikasını dəyişdirməyəcəyini bildirib. Canni İnfantino özü isə İran komandasının Dünya Kubokunda iştirak etməli olduğunu bildirib.
Əziz Mustafa


















.jpg)

































































