Paşinyan Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərinə reaksiya verib

Paşinyan Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərinə reaksiya verib

15:39
Bəyəndim (2) Bəyənmədim (0)


Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan Baş nazir müavinləri arasında qarşılıqlı səfərləri tarixi adlandırıb. Oxuməni.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, o, bu açıqlamanı Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərini şərh edərkən verib.
30 apreldə iki ölkənin Baş nazirinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdiyi Azərbaycan və Ermənistan sərhəd delimitasiya komissiyaları Ağveranda danışıqlar aparıblar.
Tərəflər delimitasiya işinin təşkilati və texniki aspektlərini müzakirə ediblər, razılığa gəliblər və proseduru tənzimləyən təlimat layihələri mübadiləsi aparıblar. Delimitasiya komissiyalarının növbəti iclası Azərbaycanda keçiriləcək; tarix daha sonra razılaşdırılacaq.
"Düşünürəm ki, çox vacib bir hadisə baş verib. İki ölkənin Baş nazir müavinləri arasında sülh və onun institusionallaşması yolunda tarixi səfərlər hesab edirəm. Bu nöqtəyə çatdığımıza çox şadam", - deyə Ermənistan hökumətinin rəhbəri qeyd edib.
Almaz Həsənli