ABŞ ilk dəfə olaraq ən yeni "Dark Eagle" hipersonik raketlərini İranı vurmaq üçün yerləşdirmək istəyir

ABŞ ilk dəfə olaraq ən yeni "Dark Eagle" hipersonik raketlərini İranı vurmaq üçün yerləşdirmək istəyir

13:41
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqə "Dark Eagle" hipersonik raketlərinin göndərilməsini, İranı vurmaq ehtimalı ilə bağlı xahiş edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat verib.

İdarə, hələ silahlanmaya qəbul edilməmiş sistemlərin yerləşdirilməsinin zəruriliyini, İranın ballistik raket buraxılış qurğularını ölkənin daxili ərazilərinə köçürməsi ilə izah edib. Bu, onları digər Amerika raketləri üçün əlçatmaz edib.

Agentliyin mənbəsinə görə, "Dark Eagle" raketlərinin yerləşdirilməsi barədə yekun qərar hələ qəbul edilməyib. “Bloomberg” qeyd edir ki, Mərkəzi Komandanlığın müraciəti təsdiqlənsə, bu, ABŞ-ın hipersonik raketlərinin ilk yerləşdirilməsi olacaq.

"Dark Eagle" kompleksi hələ sınaq mərhələsindədir. Lockheed Martin şirkəti onu Çin və Rusiyanın qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə mübarizə üçün hazırlayıb. Agentlik qeyd edir ki, kompleksin dəqiq imkanları məxfidir. Məlumdur ki, "Dark Eagle" raketinin mənzili 2,7 min kilometrdən çoxdur. O, saatda 6,1 min kilometrdən çox sürətlə hərəkət edə və ya tutulmasından qaçmaq üçün manevr edə bilər.

"Dark Eagle" raketinin bir ədədinin qiyməti təxminən 15 milyon dollar dəyərindədir. “Bloomberg” iddia edir ki, ABŞ-ın cəmi səkkiz belə raketi var.

Almaz Həsənli