İsrail Qəzzaya humanitar yardım aparan gəmi karvanına hücum edib,  22 gəmi ələ keçirilib

İsrail Qəzzaya humanitar yardım aparan gəmi karvanına hücum edib, 22 gəmi ələ keçirilib

13:37
Bəyəndim (1) Bəyənmədim (0)

.İsrail Hərbi Dəniz Qüvvələri beynəlxalq sularda Qəzzaya humanitar yardım çatdıran Qlobal Sumud donanmasını ələ keçirib. Hücum kameraya düşüb. 31 türk fəal da daxil olmaqla 22 gəminin ələ keçirildiyi bildirilir. Türkiyə Xarici İşlər Nazirliyi açıqlamasında hücumu "piratçılıq aktı" adlandırıb və gəmidəki vətəndaşları qorumaq üçün lazımi tədbirlər gördüyünü bildirib.
Qəzza blokadasını qırmaq və bölgəyə humanitar yardım çatdırmaq üçün yola çıxan Qlobal Sumud Donanması beynəlxalq sularda İsrail Hərbi Dəniz Qüvvələrinin müdaxiləsi ilə qarşılaşıb. İsrail əsgərlərinin bəzi qayıqlara minərkən lentə alınıb. 58 qayıqdan yeddisinin müsadirə edildiyi, gəmidə 31 türk fəalın olduğu bildirilir.

Qeyd edək ki, gəmi karvanında 39 ölkədən 58 qayıq və 345 heyət üzvü olub. İspaniyadan 178, İtaliyadan isə 167 iştirakçı qoşulub Onların arasında İspaniyadan 178, İtaliyadan isə 167 nəfər də var.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qlobal Summad donanmasına müdaxiləsinə sərt reaksiya verib. Nazirlik açıqlamasında İsrailin hücumunu "piratlıq aktı" adlandırıb.

Bəyanatda İsrailin beynəlxalq sularda naviqasiya azadlığını pozduğu vurğulanıb. Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərinə qarşı vahid mövqe tutmağa çağırıb.

Nazirlik həmçinin Türkiyə vətəndaşlarının və donanmadakı digər sərnişinlərin vəziyyəti ilə bağlı lazımi təşəbbüslərə başladığını bildirib.

Əziz MUSTAFA