Britaniya Kralı ABŞ-a səfər edib və Trampla görüşüb
Böyük Britaniya Kralı III Karl və həyat yoldaşı, Kraliça Kamilla bazar ertəsi günü rəsmi səfərlə Birləşmiş Ştatlara gəliblər. ABŞ Prezidenti Donald Tramp və ölkənin birinci xanımı Melaniya Tramp, Vaşinqtondakı Ağ Evdə Britaniya kral cütlüyünü qəbul ediblər.
Oxuməni.az BBC-yə istinadla xəbər verir ki, çərşənbə axşamı III Karl ABŞ Konqresinin hər iki palatasında çıxış etməyi planlaşdırır. Bu, Britaniya monarxının Amerika parlamentində ikinci çıxışı olacaq – bundan əvvəl 1991-ci ildə II Yelizaveta Konqresdə çıxış edib. Daha sonra Britaniya Kralı və Kraliçası 11 sentyabr 2001-ci il terror aktlarının qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Nyu-Yorka yollanacaqlar.
Britaniya monarxının Birləşmiş Ştatlara hazırkı səfəri 2007-ci ildən bəri ilkdir. Bu səfər, aprelin 25-də axşam saatlarında Trampın da iştirak etdiyi Ağ Ev Korespondentləri Assosiasiyasının illik təntənəli şam yeməyinin keçirildiyi "Washington Hilton" otelində baş verən atışma səbəbindən gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçir.
“Associated Press” agentliyi qeyd edir ki, III Karl ABŞ-a "həssas" bir missiya ilə gəlib – söhbət son vaxtlar ABŞ və İran arasındakı müharibə səbəbindən zəifləmiş ənənəvi olaraq yaxın Amerika-Britaniya münasibətlərini bərpa etmək cəhdindən gedir. Mart ayında Birləşmiş Krallığın Baş naziri Kir Starmer ABŞ-a İran üzərində zərbələr endirmək üçün Britaniya bazalarından istifadə etməyə icazə vermədi və Britaniya hərbi gəmilərini Hörmüz boğazına göndərməkdən imtina etdi.
Almaz Həsənli





















.jpg)






































.jpg)






















