Tramp İranın döyüş əməliyyatlarının dayandırılması təklifindən narazıdır

Tramp İranın döyüş əməliyyatlarının dayandırılması təklifindən narazıdır

11:03
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp, İranın döyüş əməliyyatlarının dayandırılması təklifindən narazıdır və buna şübhə ilə yanaşır, çünki bu təklif İranın nüvə proqramını əhatə etmir. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” və “The Wall Street Journal”, adı açıqlanmayan bir ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ağ Ev yaxın günlərdə öz cavabını və əks-təkliflərini təqdim edə bilər.
Axşamüstü “Axios” xəbər verib ki, İran ABŞ-a Hörmüz boğazını yenidən açmağı və nüvə danışıqlarını sonraya təxirə salaraq döyüş əməliyyatlarını dayandırmağı təklif edib. Həmin gün Donald Tramp bu təklifi milli təhlükəsizlik üzrə köməkçiləri ilə müzakirə edib.
Daha əvvəl Tramp bildirmişdi ki, artıq administrasiya nümayəndələrini Pakistana İranla danışıqlar aparmaq üçün göndərməyəcək. O, İran tərəfinə zəng etməyi və ya Birləşmiş Ştatlara gəlməyi təklif etmişdi.
Almaz Həsənli