Merz: İran danışıqları simulyasiya etməklə ABŞ-ı rüsvay edir
İran rəhbərliyi Amerika rəsmilərini danışıqlar üçün İslamabada uçmağa və nəticəsiz qayıtmağa məcbur etməklə ABŞ-ı rüsvay edir. Reuters-in məlumatına görə, Almaniya kansleri Fridrix Merz bunu dünən Marsberq şəhərində tələbələr qarşısında çıxış edərkən bildirib.
Merz çıxışında ABŞ və İran arasında danışıqların gedişatını şərh etdi.
Merz Vaşinqtonun İrandakı müharibədən hansı konkret çıxış strategiyasını həyata keçirdiyini görmədiyini söylədi.
"İranlılar danışıqlarda, daha doğrusu, danışıqlar aparmamaqda çox təcrübəlidirlər. Onlar amerikalıların İslamabada gəlməsinə və sonra heç bir nəticə vermədən getməsinə icazə verirlər", - deyə o bildirib.
Merzin sözlərinə görə, ABŞ və İsrail 28 fevralda İrana qarşı birgə əməliyyat başlamazdan əvvəl Almaniya və Avropa ilə məsləhətləşmələr aparmayıblar. Kansler əlavə edib ki, şəxsən ABŞ prezidenti Donald Trampa şübhə ilə yanaşdığını bildirib.
"Əgər bunun beş-altı həftə davam edəcəyini və daha da pisləşəcəyini bilsəydim, bunu ona daha aydın şəkildə deyərdim", - deyə Merz vəziyyəti ABŞ-ın İraq və Əfqanıstandakı əvvəlki müharibələri ilə müqayisə edərək bildirib.
Merzin sözlərinə görə, Hörmüz boğazı ən azı qismən minalanıb. O bildirib ki, Avropa minaları təmizləmək üçün alman minaaxtaranlarını göndərməyi təklif edib. Kansler münaqişənin Almaniyaya "çoxlu pula, çoxlu vergi ödəyicilərinin puluna və əhəmiyyətli iqtisadi potensiala" başa gəldiyini vurğulayıb..
Əziz MUSTAFA





















.jpg)




































.jpg)
























