Paşinyan: Ermənistan və Azərbaycan yaxın gələcəkdə delimitasiyanı davam etdirəcəklər
Ermənistan yaxın gələcəkdə Azərbaycanla sərhədin delimitasiyasını davam etdirəcək. Oxuməni.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Günü münasibətilə təşkil edilən tədbirdə bildirib.
"Bu 12 kilometrlik hissə, yəqin ki, erməni-azərbaycan sərhədinin yeganə hissəsidir ki, burada hər iki ölkənin silahlı qüvvələrinin nümayəndələri dəbilqəsiz, jiletsiz xidmət aparır, avtomatların maqazinlərı isə avtomatlarda deyil, çantalarındadır", - Paşinyan deyib.
"Yaxın vaxtlarda biz, əlbəttə ki, delimitasiyanı davam etdirəcək və məntiqli müddətdə başa çatdıracağıq", - Paşinyan bildirib.
Onun sözlərinə görə, Gürcüstanla delimitasiya prosesinin yekunlaşdırılması da gündəmdədir. Gürcüstanlı tərəfdaşlarla bu barədə razılıq əldə olunub. Ermənistanın Baş naziri həmçinin qeyd edib ki, delimitasiya və demarkasiya nəticəsində hərbi qulluqçular döyüş mövqelərində deyil, daimi dislokasiya yerlərində xidmət aparacaqlar.
O əlavə edib ki, sərhəddəki güclü istehkamlar və müdafiə qurğuları müəyyən vaxtda sərhəd qoşunlarına təhvil veriləcək. Lakin bu, Azərbaycanla tam sülh şəraitində baş verəcək ki, Ermənistan hər gün daha əminliklə bu istiqamətdə irəliləyir.
Qeyd edək ki, Ermənistan və Azərbaycan 2024-cü ildə bir neçə hissədə delimitasiya və demarkasiya barədə razılığa gəlib və bu prosesi həyata keçiriblər.
Almaz Həsənli






























.jpg)




















































