Rumıniya qadın öldürməyə görə ömürlük həbs cəzası tətbiq edir
Rumıniya Prezidenti Nikuşor Dan qadınların qəsdən öldürülməsinə görə ömürlük həbs cəzası tətbiq edən qanunu təsdiqləyib. Oxuməni.az xəbər verir ki, dövlət başçısı bu barədə “Facebook”-da məlumat verib.
Yeni qanuna əsasən, femisid — gender əsaslı nifrət zəminində və ya məişət zorakılığının bir hissəsi kimi törədilən qadın öldürmə — artıq 15 ildən 25 ilə qədər həbs və ya ömürlük həbs cəzası ilə cəzalandırılır.
Prezidentin sözlərinə görə, Rumıniya dövləti uzun müddətdir ki, qadınlara qarşı zorakılıq problemini görməzdən gəlib və ya bu problemi effektiv şəkildə həll etməyib.
Rumıniya qanunvericiliyində ilk dəfə olaraq gender əsaslı zorakılıq və femisid anlayışları ortaya çıxıb. Təşəbbüsün müəllifləri islahatı məişət cinayətlərinin artması ilə əlaqələndiriblər. Statistikaya görə, 2025-ci ilin ilk səkkiz ayında Rumıniya ailələrində 33 qətl hadisəsi baş verib və halların 69%-də qadınlar qurban olub.
Almaz Həsənli





























.jpg)





















































