Tramp: Vaşinqtonda atıcı qəbul zalına çatmadan çox əvvəl dayanıb

Tramp: Vaşinqtonda atıcı qəbul zalına çatmadan çox əvvəl dayanıb

26 Aprel 20:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp bildirib ki, təhlükəsizlik xidmətləri 25 apreldə Vaşinqtonda atışma törədən atıcını qəbul zalına çatmadan çox əvvəl dayandırıb.

Prezident sağdır, atıcı saxlanılıb. Trampın qəbulunda baş verən atışma haqqında nə məlumdur

"O, hətta qapılara çatmağa və ya onlardan keçməyə belə yaxınlaşa bilməyib", - deyə o, Fox News-a verdiyi müsahibədə bildirib.

Amerika lideri qeyd edib ki, təhlükəsizlik xidmətləri silahlı şəxsi dərhal dayandırıb və hətta təcavüzkar zalın qapılarına girə bilsəydi belə, qəbulda çoxsəviyyəli təhlükəsizlik sistemi qurulduğu üçün digər hüquq-mühafizə orqanlarının əməkdaşları onu orada gözləyirdilər.

Əziz MUSTAFA