Gürcüstanda keçmiş müdafiə naziri Burçuladze 10 il həbs cəzasına məhkum edilib
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzeni vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında təqsirli bilərək 10 il həbs cəzasına məhkum edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstanın “SOVA” nəşri məlumat yayıb.
Bundan əlavə, Burçuladzenin İspaniyadakı evi və torpağı, eləcə də Tbilisinin Tsxneti rayonunda yerləşən evi və avtodayanacağı müsadirə edilib.
Keçmiş nazir müavini Giorgi Xaindrava və keçmiş nazirin kürəkəni Vasil Mxeidze səkkiz il həbs cəzasına məhkum ediliblər. Burçuladze və Xaindravaya əlavə olaraq iki il müddətinə dövlət vəzifələrində çalışmaq qadağan edilib.
Burçuladze 2021-ci ilin fevralından 2024-cü ilin fevralına qədər Gürcüstanın müdafiə naziri vəzifəsində çalışıb.
Almaz Həsənli

























.jpg)
.jpg)






.jpg)






















.jpg)



























