NATO tədricən ABŞ kəşfiyyat təyyarələrini istifadədən çıxarır
Alyans 1 milyard dollara başa gələcək köhnəlmiş AWACS kəşfiyyat təyyarələrini dəyişdirməyə hazırlaşır.
NATO kəşfiyyat təyyarələri donanmasını əhəmiyyətli dərəcədə təkmilləşdirməyi və artıq ABŞ hava platformalarına etibar etməməyi planlaşdırır. Bu barədə DPA Alyans daxilindəki mənbələrə istinadən məlumat verib.
Bu, hazırda bəzilərinin təxminən 40 yaşı olan modifikasiya edilmiş Boeing 707-lərə əsaslanan köhnəlmiş AWACS təyyarələrinin tədricən dəyişdirilməsini əhatə edir. Onlar, xüsusən də Şərqi Avropada hava məkanının müşahidəsi üçün istifadə olunur.
Mənbələrə görə, yeni donanma Kanada istehsalçısı Bombardier-in Saab GlobalEye erkən xəbərdarlıq sistemləri ilə təchiz olunmuş təyyarələrindən ibarət olacaq.
Dəyəri bir neçə milyard dollar olan 12 ədədə qədər Global 6000 və ya Global 6500 təyyarəsi üçün sifariş gözlənilir. Yekun qərar iyul ayında Ankarada keçiriləcək NATO sammitində verilə bilər.
Alyans əvvəllər Amerika Boeing E-7A Wedgetail təyyarəsini almağı nəzərdən keçirmişdi, lakin ABŞ proqramdan çıxdıqdan sonra plandan imtina etdi. İlkin məlumatlara görə, yeni layihə üçün ən böyük maliyyə payını Almaniya təmin edə bilər.
Əziz MUSTAFA






















.jpg)
.jpg)






.jpg)






















.jpg)






























