Tramp İrana qarşı nüvə silahından istifadəni istisna edib
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, razılıq əldə olunmasa, Amerika qüvvələri İrandakı qalan hədəfləri vuracaq, lakin nüvə silahından istifadəni istisna edib. Oxuməni.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Tramp jurnalistlərin Oval kabinetdə verdiyi suallara cavab verərkən deyib.
Tramp jurnalistlərin İrana qarşı nüvə silahından istifadə edə biləcəyi barədə sualına cavab verərək deyib: "Xeyr. Nəyə görə mənə lazım olardı? Nə qədər axmaq sualdır. Nəyə görə mən nüvə silahından istifadə edəcəyəm?!"
Trampın sözlərinə görə, hazırda ABŞ qüvvələri İrandakı hədəflərin 78%-ni artıq məhv edib. Xüsusilə, raket və pilotsuz uçuş aparatları istehsalı müəssisələrindən söhbət gedir.
Tramp vurğulayıb ki, ABŞ hazırda İranla mümkün razılığın şərtlərini müzakirə edir. Əgər razılıq əldə olunmasa, Amerika qüvvələri qalan hədəfləri vuraraq hərbi əməliyyatı başa çatdıracaq.
Amerika siyasətçisi bu silahın dünyada heç kim tərəfindən heç vaxt istifadə edilməməsi tərəfdarı olduğunu bildirib.
Almaz Həsənli



















.jpg)
.jpg)






.jpg)






















.jpg)

































