Ermənistanda Türkiyə bayrağı alcaqcasına yandırılıb: Paşinyan sərt reaksiya verib

Ermənistanda Türkiyə bayrağı alcaqcasına yandırılıb: Paşinyan sərt reaksiya verib

07:52
Bəyəndim (2) Bəyənmədim (0)

Ermənistanda Daşnaksütyun partiyasının seçkiqabağı mitinqində qalmaqal yaranıb. Bir qrup şəxs Türkiyə bayrağına alçaqcasına hücum edərək yandırıb.

Oxuməni.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Baş naziri Nikol Paşinyan buna sərt reaksiyasını bildirərək hadisəni "təxribatçı və qəbuledilməz" adlandırıb və istintaq başlayıb.
Ermənistanın paytaxtı İrəvanda qalmaqallı görüntülər çəkilib. Daşnaksütyun partiyasının seçkiqabağı mitinqində bir qrup həyasız şəxs Türkiyə bayrağını yandırıb. Video yayıldıqdan sonra Ermənistanın baş naziri Paşinyan hadisəyə münasibət bildirib.
Armenpress xəbər agentliyinə verdiyi açıqlamada Paşinyan bu cür hərəkətləri "məsuliyyətsiz və qəbuledilməz" adlandırıb. Bəyanatda beynəlxalq səviyyədə tanınmış dövlətin bayrağına qarşı bu cür davranışın gərginliyə səbəb olacağı qeyd olunub və Paşinyan xüsusilə qonşu ölkənin bayrağının yandırılmasının başqa cür şərh edilə bilməyəcəyini vurğulayıb.

Bəyanatda deyilir:

"İstənilən ölkənin, xüsusən də qonşu ölkənin bayrağını yandırmaq mənasız, utancverici və qəti şəkildə pislənilən bir hərəkətdir. Bu cür acınacaqlı təxribatlar sülhə və gələcəyə qarşı yönəlib."
Hadisədən sonra Ermənistanın İstintaq Komitəsi və Baş Prokurorluğu araşdırmaya başlayıb. Hakimiyyət orqanları etirazçılara qarşı qanuni tədbirlər görüləcəyini bildirib.

Əziz MUSTAFA