Rusiya ABŞ-da keçiriləcək G20 sammitinə dəvət olunub
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Rusiya ABŞ-da keçiriləcək G20 sammitində ən yüksək səviyyədə iştirak etməyə dəvət olunub. O əlavə edib ki, görüşdə Rusiyanı kimin təmsil edəcəyi hələlik məlum deyil. Bu barədə Oxuməni.az “Kommersant”a istinadla xəbər verir.
"Ən yüksək səviyyədə iştirak etmək üçün dəvət var, amma tarixə yaxın zamanlarda görəcəyik; Allah bilir, bundan əvvəl nə olacaq", - deyə Pankin BMT-nin qərargahında keçirilən mətbuat konfransında bildirib (RİA Novosti-dən sitat).
Rusiyanın G20 şerpası Svetlana Lukaşın əvvəllər bildirdiyi kimi, ABŞ sədrliyi Rusiya prezidenti Vladimir Putinin mümkün iştirakına hazırlaşır.
G20 sammiti 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək. Ağ Ev qrupu "qlobal iqtisadi artımı və rifahı təşviq etmək" kimi ilkin missiyasına qaytarmaq niyyətində olduğunu bildirib.
Almaz Həsənli


.jpg)

























.jpg)






















































