ABŞ Dövlət Departamenti amerikalıları İranı tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti amerikalıları İranı tərk etməyə çağırıb

23 Aprel 15:00
Bəyəndim (2) Bəyənmədim (0)

İran hava məkanının qismən yenidən açılmasından sonra ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib. Oxuməni.az xəbər verir ki, müvafiq məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilib.

Bəyanatda deyilir: "21 aprel tarixindən etibarən İran hava məkanı qismən yenidən açılıb. ABŞ vətəndaşlarına yerli medianı yeniləmələr üçün izləmək, kommersiya daşıyıcılarından uçuş məlumatlarını almaq və dərhal ölkəni tərk etmək tövsiyə olunur. Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistan vasitəsilə quru yolu ilə səyahət də mümkündür".

Dövlət Departamenti həmçinin Pakistanın Əfqanıstan, İraq və İranla həmsərhəd ərazilərinə səyahət etməməyi tövsiyə edir.

İran İslam Respublikasını tərk edə bilməyən ABŞ vətəndaşlarına sonrakı xəbərdarlığa qədər yaşayış yerlərində - evlərində, otellərində və ya digər binalarda - qalmaları və pəncərələrdən uzaq durmaları tövsiyə olunur.

Almaz Həsənli