Tramp İrana yeni ultimatum verib
ABŞ Prezidenti Donald Tramp İrana vahid əks təklif hazırlamaq üçün bir neçə gün daha vaxt verməyə hazırdır, əks halda uzadılmış atəşkəs müddəti başa çatacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə “Axios” Ağ Ev mənbələrinə istinadən məlumat verib.
«Tramp daha üç-beş gün atəşkəs təklif etməyə hazırdır ki, iranlılara düşünmək üçün vaxt verilsin. Bu, əbədi olmayacaq», — deyə nəşrə müsahibə verən şəxs bildirib.
Mənbələrə görə, Ağ Ev İranla müharibəyə son qoymaq üçün razılaşmanın hələ də əldə edilə biləcəyinə inanır. Lakin Tramp administrasiyası Tehranda daxili fikir ayrılıqları səbəbindən belə bir qərar vermək səlahiyyəti olan heç kimin qala bilməyəcəyindən qorxur.
Daha əvvəl Tramp İranla atəşkəsin müddətini uzatmaq qərarına gəldiyini açıqlamışdı. O, Pakistanın Baş naziri Şahbaz Şərifin ona İrana zərbələri dayandırmaq xahişi ilə müraciət etdiyini bildirib.
Almaz Həsənli


















































































