Putin FSB Akademiyasına Feliks Dzerjinskinin adını verdi
Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FSB) Akademiyasına fəxri ad verib. Akademiya sovet dövlət xadimi, Ümumrusiya Fövqəladə Komissiyasının (VÇK) təsisçisi və rəhbəri Feliks Dzerjinskinin adını daşıyacaq.
Oxuməni.az xəbər verir ki, dərc olunmuş fərmanada deyilir: "Təhsil müəssisəsinin şəxsi heyətinin Federal Təhlükəsizlik Xidməti orqanlarına xidmət edən kadrların peşəkar hazırlığında qazandığı nailiyyətləri və F.E. Dzerjinskinin dövlət təhlükəsizliyinin təmin edilməsindəki görkəmli töhfəsini nəzərə alaraq, təhsil müəssisəsinə "F.E. Dzerjinskinin adını daşıyan" fəxri adı verilməsini və bundan sonra "Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin F.E. Dzerjinski adına Akademiyası" adlandırılmasını qərara alıram".
Sənəd 22 aprel tarixindən qüvvəyə minir.
Almaz Həsənli


















































































