ABŞ Qətərdən 1000-dən çox Əfqanıstanlı qaçqını Konqo Demokratik Respublikasına köçürmək istəyir

ABŞ Qətərdən 1000-dən çox Əfqanıstanlı qaçqını Konqo Demokratik Respublikasına köçürmək istəyir

22 Aprel 13:53
Bəyəndim (2) Bəyənmədim (0)


Amerika Birləşmiş Ştatları 2001-2021-ci illərdə Əfqanıstanda hərbi əməliyyat zamanı ABŞ Silahlı Qüvvələrinə kömək edən 1000-dən çox Əfqanıstan vətəndaşını Konqo Demokratik Respublikasına (KDR) göndərməyi planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə, hazırda Qətərdə ABŞ tərəfindən idarə olunan qaçqın düşərgəsində təxminən 1100 Əfqanıstanlı yerləşdirilib. Onların arasında tərcüməçilər, keçmiş Əfqanıstan xüsusi təyinatlıları və Amerika hərbçilərinin ailə üzvləri var.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp artıq bu məsələ ilə bağlı danışıqlar aparır.
Qəzetin izah etdiyinə görə, əvvəlcə Qətər müvəqqəti yerləşdirmə məntəqəsi kimi nəzərdən keçirilirdi. Lakin Tramp administrasiyası onların ABŞ-a köçməsinə imkan verən proqramı dayandırdıqdan sonra Əfqanıstanlı qaçqınlar qeyri-müəyyən vəziyyətdə qaldılar.
Qəzetin adı açıqlanmayan mənbəsinin sözlərinə görə, bir çox Əfqanıstanlı artıq rəsmilərə KDR-ə könüllü göndərilməklə razılaşmayacaqlarını bildiriblər, çünki orada təhlükəsiz olacaqlarına şübhə edirlər.
Almaz Həsənli