ABŞ İraqa nağd dollar tədarükünü dondurdu
ABŞ prezidentinin administrasiyası Bağdaddan İrana yaxın silahlı birləşmələrə qarşı tədbirlər tələb edərək, İraqa nağd dollar tədarükünü müvəqqəti dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb. Həmçinin, onların məlumatına görə, ABŞ İraq hərbçiləri ilə təhlükəsizlik proqramları üzrə əməkdaşlığı dondurub.
ABŞ Ədliyyə Nazirliyi Nyu-York Federal Ehtiyat Bankının hesablarından, İraq neftinin satışından əldə edilən gəlirlər hesabına təxminən 500 milyon dollar dəyərində əsginasları olan nəqliyyat təyyarəsinin göndərilməsini qadağan edib.
WSJ qeyd edir ki, bu, fevralın sonlarında ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının başlamasından bəri İraq üçün nəzərdə tutulan ikinci tədarükdür ki, ABŞ tərəfindən gecikdirilib. Vaşinqtonun bu addımı İranyönümlü milislərin "Tehrana dəstək əlaməti olaraq" İraqdakı və qonşu ölkələrdəki ABŞ obyektlərinə hücumlarından sonra atılıb.
Nəşrin mənbələrinin sözlərinə görə, Tramp administrasiyası Bağdadı Vaşinqtonla daha sıx işləməyə və Tehranla əlaqələrini zəiflətməyə məcbur etmək üçün bu yolla təzyiqi artırır.
Almaz Həsənli


















































































