Corca Meloni Vladimir Solovyova onu efirdə pis sözlərlə söydüyünə görə cavab verib
İtaliya Baş naziri Corca Meloni rus təbliğatçısı Vladimir Solovyova cavab verib. Oxuməni.az xəbər verir ki, Solovyov "Solovyev Live" kanalındakı verilişində İtaliya Baş nazirini "faşist məxluq" adlandırıb və deyib: "Xəyanət onun orta adıdır: o, əvvəllər sədaqət andı içdiyi Trampa xəyanət etdi".
İtaliya Baş naziri X sosial media platformasında yazıb ki, "rejimin qızğın təbliğatçısı təbiətcə nə ardıcıllıq, nə də azadlıq dərsi verə bilməz". O əlavə edib: "Başqalarından fərqli olaraq, bizim heç bir şərtimiz yoxdur, ağamız yoxdur və bizə əmr verilmir".
Xatırladaq ki, Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov Solovyovun verilişində Meloni ilə bağlı söylədiyi fikirlərdən sonra İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici işlər naziri Antonio Tayani səfirə rəsmi etiraz bildiriləcəyini açıqlayıb.
Almaz Həsənli


















































































